Paris konqresi
Paris konqresi — Paris müqaviləsinin imzalanması ilə nəticələnən, Krım müharibəsini bitirmək məqsədi ilə çoxtərəfli beynəlxalq danışıqların aparıldığı konqres. 13 fevral (25) 1856-cı ildə Fransanın paytaxtında çağırılmışdır. Konqresin işində Rusiya, Fransa, İngiltərə, Avstriya, Sardiniya, Osmanlı imperiyası və Prussiyanın diplomatik nümayəndələri iştirak etmişdilər.
Konqresin sessiyalarına Fransa Xarici İşlər Naziri, Napoleon Bonapartın oğlu qraf A.Valevski rəhbərlik edirdi. Rusiyanı iki şəxs təmsil edirdi. Birinci şəxs fövqaladə səlahiyyətli qraf A.F.Orlov, ikincisi isə Londonda uzun müddət Rusiya səfiri olmuş F.İ.Brunnov idi. Britaniyanı Lord Vilers Corc Klarendon və Henry Vellesli təmsil edirdi. Avstriya Fon Karl Ferdinant Buolem, Sardiniya krallığı isə Kamillo Kavur timsalında konqresə qoşulmuşdu. Osmanlı imperiyası adından qatılan nümayəndə heyətinə sədrəzəm Mehmed Əmin Əli Paşa rəhbərlik edirdi.
Rusiya "Şərq məsələsi" çərçivəsində Osmanlı imperiyasına son vermək və türkləri Avropadan, həmçinin İstanbul boğazlarından qovmaq istəyirdi.